İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis
Departament: Səhiyyə işinin təşkili
Şöbə: Səhiyyə siyasəti və kliniki kodlaşdırma
Vəzifə öhdəlikləri:
• İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ sənədlərin hazırlanmasında iştirak;
• Səhiyyə xidmətlərinin beynəlxalq kodlaşdırma sisteminin tətbiqi ilə əlaqədar müvafiq normativ sənədlərin hazırlanmasında iştirak;
• Səhiyyə xidmətlərinin beynəlxalq kodlaşdırma sistemlərinin mövcud normativ sənədlərinə uyğunluğuna nəzarət;
• İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibbi xidmətlərin keyfiyyət və kəmiyyət göstəriciləri üzrə məlumatların təhlili;
• İcbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tibb təchizatçıları üçün kliniki kodlaşdırma sistemləri üzrə təlimlərin təşkili və keçirilməsi;
• Hesabatların hazırlanmasında iştirak.
Vəzifə üçün tələblər:
• Ali tibb təhsili;
• Səhiyyə sisteminin strukturu, normativ-hüquqi bazası və səhiyyə maliyyələşdirilməsi sahəsində bilik və bacarıq;
• Təlimlərin təşkili və keçirilməsi üzrə təcrübə;
• Azərbaycan, rus və ingilis dillərində səlis yazı və danışıq bacarığı (arzuolunandır);
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Sıx iş qrafikində işləmək bacarığı;
• Komanda daxilində işləmək bacarığı;
• Səhiyyə sahəsində minimum 3 il iş stajı.
Maraqlanan namizədlər CV-lərini 6 yanvar 2019-cu il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.