Sənaye zonalarında ümumi investisiya həcmi 7,2 milyard manatdan çox olan 134 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.
Ağdam Sənaye Parkında 1,7 mindən artıq daimi - İŞ YERİ YARADILACAQ
İqtisadi Zonaların İnkişafı Agentliyindən FED.az-a verilən məlumata görə, indiyədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 680 milyon manatdan artıq investisiyanın yatırılması, 5000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında bugünədək ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub.
Cari ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun 33,6 faizlik hissəsi ixracın payına düşür. 2023-cü ilin I yarısında 1,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı ilə dünyanın 60-a yaxın ölkəsinə (ABŞ, Kanada, BƏƏ, Hindistan, Çin, Rusiya, Almaniya, İngiltərə, Yaponiya, Braziliya, Misir, Tayvan, Polşa, Danimarka, Niderland, Avstriya, Çexiya və s.) ixrac edilib.