Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 949,7 milyon manat xalis mənfəət əldə edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,65 % çoxdur.
8 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 53,5 milyon manat (1 il əvvələ nisbətən 13,5 % çox), əməliyyat xərcləri 3 milyard 516,5 milyon manat (9,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 341,5 milyon manat (26% çox), mənfəət vergisi ödəmələri isə 245,8 milyon manat (30,8 % çox) təşkil edib.













