"Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin çoxu mənfəətlərini ölkəyə, o cümlədən bərpa olunan enerjiyə yenidən yatırır".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir bildirib ki, dəyişən qlobal şəraitdə investisiya qərarlarında tərəfdaşların etibarlılığı və təchizat zəncirlərinin dayanıqlılığı daha böyük əhəmiyyət daşıyır:
"Azərbaycanın yanaşması uzunmüddətli tərəfdaşlığa, siyasi və makroiqtisadi sabitliyə, proqnozlaşdırılan qaydalara əsaslanır".
"Bundan başqa, “Əsrin müqaviləsi” Azərbaycanla qlobal enerji şirkətləri arasında güclü əməkdaşlıq modeli yaradıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə tədarük olunur ki, bunlardan 10-u Avropa İttifaqının üzvüdür", - deyə nazir bildirib.













