Ağdam Sənaye Parkının rezidentləri və qeyri-rezidentləri tərəfindən Sənaye Parkına investisiyalar 176 milyon manat məbləğində (cari məzənnə ilə $103,5 milyon) qiymətləndirilir.
İmişlidə pivəlik arpa emalı zavodunun - TƏMƏLİ QOYULDU - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Ağdam Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.
“Bu 25 sahibkarlıq subyekti tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 176 milyon manat investisiyanın yatırılması, 1,7 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. Ağdam Sənaye Parkının ərazisində ilk istehsal müəssisələri 2023-cü ilin sonunda işə salınacaq.*