"Prior Kredit BOKT" 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, təşkilat ötən ili 104 min manata yaxın mənfəətlə bitirib. Lakin 2022-ci ildə 342 min manat zərər etmişdi.
Kredit təşkilatının faiz gəlirləri 541 min manat, xərcləri 19 min manat, xalis faiz gəlirləri 521 min manata bərabər olub.
İllik müqayisədə faiz gəlirləri 30 min manat (5%) azalıb, xərcləri min manata yaxın (6%) artıb, xalis faiz gəlirləri 32 min manat (6%) azalıb.
Haqq və komissiya xərclər 11 min manat, ümumi və inzibati xərcləri 386 min manata bərabər olub.
Haqq və komissiya xərcləri 4 min manat (26,7%) , ümumi və inzibati xərcləri 240 min manat (38,3%) azalıb.
"Prior Kredit BOKT" ötən il 3 milyon 281 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 16 min manat (0,5%) azalıb.
Kredit portfeli 319 min manat (10%) kiçilərək 2 milyon 847 min manata düşüb.
BOKT-nın öhdəlikləri 1 milyon 53 min manata bərabər olub ki, bu da illik 119 min manata və ya 10% azalma deməkdir.
Balans kapitalı isə 104 min manat və ya 5% artaraq 3 milyon 281 min manata yüksəlib.
Təşkilatın 2022-ci ildə 875 min manat yığılmış zərəri vardısa, 2023-cü ildə 129 min manat bölüşdürülməmiş mənfəəti var.