“İcraçı Kredit Agentliyi” MMC BOKT Ümumi Yığıncağının qərarına əsasən təşkilatın nizamnamə kapitalının azaldılması barədə elan verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qərara əsasən təşkilatın nizamnamə kapitalı 324 min 166 manatdan 259 min 374 manat 47 qəpiyə endirilib. Bu isə kapitalın 64 min 791 manat 53 qəpik və ya təxminən 20% azalması deməkdir.
Kreditorları maraqlandıran suallarla bağlı AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 574-cü məhəllə, bina 1, mənzil 4 ünvanına müraciət etmək olar.
Qeyd edək ki, "İcraçı Kredit Agentliyi" MMC BOKT 7 yanvar 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Samir Cəlilov Fəxrəddin oğludur











