"İcraçı Kredit Agentliyi" MMC BOKT (VÖEN: 1700341901) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1141 Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev 574-cü məhəllə, bina 1, otaq 4 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "İcraçı Kredit Agentliyi" MMC BOKT 7 yanvar 2005-ci ildə dövlət qeydiyyatına alınıb. 324 min 166 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Samir Cəlilov Fəxrəddin oğludur