“Express Lombard” Açıq Səhmdar Cəmiyyətində səhmdar tərkibi dəyişib.
FED.az biznes və maliyyə xəbər portalı xəbər verir ki, şirkətin yaydığı məlumata görə, ASC-nin səhmdarları Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızı özlərinə məxsus səhmləri tam həcmdə digər səhmdar Həsənov Nicat Vaqif oğluna bağışlayıblar.
Bildirilib ki, bağışlanmış səhmlər səhmdarların reyestrində müvafiq dəyişikliklər aparıldıqdan sonra Həsənov Nicat Vaqif oğlu hazırda “Express Lombard” ASC-nin nizamnamə kapitalının 100 faizinə sahib olan yeganə səhmdardır.
Beləliklə, şirkətdə bütün paylar bir şəxsin nəzarətinə keçib.










