“City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru dəyişib.
FED.az xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Şamil Quliyevi BOKT-un biznes kreditləri şöbəsinin müdiri Tural Əhmədov əvəz edib.
Keçmiş direktor isə əmək fəaliyyətini bank sektorunda davam etdirəcək.
Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçisi 100% “AGA Group”dur.