BOKT "Effektinvest" MMC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 89 min manat xalis mənfəət ilə başa vurub.
FED.az xəbər verir ki, BOKT 2023-cü ili 182 min manata yaxın xalis mənfəət ilə bağlamışdı.
Beləliklə kredit təşkilatının xalis mənfəəti ilk yarım il ərzində 93 min manat, başqa sözlə təqribən 2 dəfə azalıb.
ilk 6 ayda kredit şirkətinin faiz gəlirləri 153 min manat, qeyri-faiz gəlirləri 53 min manat təşkil edib. İllik müqayisə ilə gəlirlər 12 min manat (8,5%) artıb, qeyri-faiz gəlirləri 214 min manat (5 dəfə) azalıb.
BOKT-nın faiz xərcləri 15 min manat, qeyri-faiz xərcləri 101 min manata bərabər olub. Yarım il ərzində faiz xərcləri 30 min manat (3 dəfə), qeyri-faiz xərcləri 34 min manat (25%) azalıb.
BOKT "Effektinvest" MMC ilk yarım ildə 2 milyon 487 min manat cəmi aktivlərə malik olub. Aktivlər 2023-cü ilin sonu ilə müqayisədə 317 min manat və ya 15% artıb.
BOKT "Effektinvest"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 30 1 milyon 641 min manata bərabər olub. Ötən ilin sonu ilə müqayisədə BOKT "Effektinvest"in kredit portfeli 398 min manat (32%) artıb.