Amerika kapitallı “FINCA Azərbaycan” BOKT MMC-nin yeni baş inzibatçısı təyin edilib.
Eləcə də bax: Azərbaycanda kredit təşkilatının - Rəhbəri Dəyişdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Şəhriyar Osmanov BOKT-un baş kommersiya inzibatçısı təyin edilib.
O, 2008-2009-cu illərdə “Credit Europe Bank Russia”, 2009-2013-cü ildə “Azərbaycan Sənaye Bankı” ASC-də departament direktoru, 2013-2018-ci illərdə “FINCA Azərbaycan” BOKT-da və 2019-2020-ci illərdə “AccessBank” QSC-də Risklərin idarəedilməsi departamentinin direktoru kimi çalışmışdır.