«Azərbaycan Mikro-Kredit BOKT» ASC 2024-cü ildə 2 qat kiçilib.
FED.az xəbər verir ki, 2023-cü ilin sonunda təşkilatın aktivləri 18 milyon manat olduğu halda, 2024-cü ilin sonunda bu rəqəm 9,2 milyon manata düşüb.
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Aktivlərlə yanaşı, BOKT-un əsas gəlir mənbəyi – kredit portfeli də aşağı düşüb.
Belə ki, 2023-cü ilin sonunda şirkətin kredit portfeli 16 milyon manat olduğu halda, 2024-cü ilin sonunda bu rəqəm 8,2 milyon manata enib.
Şirkətin işçilərin əmək haqqı üçün ayırdığı xərcləri və inzibati xərclər də aşağı düşüb.
Belə ki, 2023-cü ildə bu məqsədlə 3 milyondan artıq vəsait sərf edilmişdisə, 2024-də bu rəqəm 2,6 milyon manata düşüb.
Şirkətin işçilərə ödədiyi məbləğ 1,6 milyon manatdan 1,3 milyon manata enib.
İcarə xərcləri isə 456 min manatdan 241 min manata enib.
Xatırladaq ki, «Azərbaycan Mikro-Kredit BOKT» ASC-nin nizamnamə kapitalı 1 milyon 722 min manatdır. ASC-nin sahibi 100% payla Mammadov Elmar Mammad oğludur.