"Merkuri Bank Olmayan Kredit Təşkilatı" ASC 2024-cü ili 82 min manat xalis mənfəət ilə başa vurub.
FED.az bu barədə təşkilatın maliyyə hesabatına istinadən xəbər verir.
BOKT 2023-cü ili 225 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Merkuri BOKT"ın xalis mənfəəti illik müqayisədə 143 min manat və ya 63,5% (2,7 dəfə) azalıb.
"MERKURİ BOKT" ASC-nin faiz gəlirləri 2024-cü ildə 642,7 min manat (30,7%) artıb və 2 milyon 737,3 min manat təşkil edib.
Faiz xərcləri isə 319,8 min manat (37,2%) artaraq 1 milyon179,9 min manata yüksəlib. Faiz gəlirlərindəki əhəmiyyətli artım müsbət olsa da, faiz xərclərinin daha sürətlə artması xalis faiz gəlirinin artım tempini yavaşladıb.
Yekunda xalis faiz gəlirləri 322,9 min manat və ya 26,1% artımla, 1 milyon 557,4 min manata çatıb.
Hesabat dövründə haqq və komissiya gəlirləri 528,6 min manata bərabər olub. Bu illik 103,1 min manat (24,2%) artım deməkdir. Haqq və komissiya xərcləri isə 19,5 min manat təşkil edib ki, bu da il ərzində 5,3 min manat (21,6%) azalma deməkdir.
Hesabat dövründə kredit təşkilatının inzibati və digər əməliyyat xərclərİ 516,7 min manat (40,4%) artaraq 1 milyon 796,9 min manata yüksəlib.
Hesabat ilində kredit təşkilatı 79,3 min manat mənfəət vergisi ödəyib. Bu 44,6 min manat (2,3 dəfə) çoxdur,
"Merkuri Kredit" BOKT ötən il 8 milyon 835 min manat cəmi aktivlərə malik olub. Bu illik müqayisədə 1 milyon 211 min manat (15,9%) çoxdur.
Öhdəliklər 1 milyon 342 min manat (19,4%) artımla 8 milyon 259 min manata yüksəlib.
Balans kapitalı 576,5 min manata bərabər olub ki, bu da illik 131,5 min manat və ya 18,6% azalmadır.