Azerbaijan Airlines
Hava Limanları İnfrastrukturu İdarəsi/ Mühəndis-elektronçu
Son tarix 20 dek 2026 - Müraciət et
Təsvir
- Baqaj lentlərinin, teleskopik trapların və digər texnoloji avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
- Avadanlıqlarda yaranan nasazlıqları vaxtında aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək;
- Avadanlıqların fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə profilaktik texniki baxış və planlı təmir işlərini həyata keçirmək;
- Elektron və avtomatlaşdırılmış idarəetmə sistemlərinin saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
- Texniki xidmət və təmir işlərini əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
- Görülmüş texniki xidmət və təmir işləri üzrə müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Şöbə rəhbərliyi tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları icra etmək.
Tələblər
- Ali təhsil (Elektronika, elektrik mühəndisliyi, avtomatika və ya digər əlaqəli texniki ixtisaslar);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır (Texniki ingilis dili biliyi (avadanlıqların istismarı, texniki sənədlərin oxunması və beynəlxalq standartlarla işləmək üçün üstünlük kimi qiymətləndirilir);
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- Növbəli
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Hava Limanları İnfrastrukturu İdarəsi/ Mühəndis
Son tarix 20 dek 2026 - Müraciət et
Təsvir
- Hava limanı ərazisində həyata keçirilən cari təmir işlərinin təşkilini və icrasına nəzarəti həyata keçirmək;
- Təmir işlərinin təsdiq edilmiş layihələrə, texniki tələblərə və müəyyən edilmiş müddətlərə uyğun yerinə yetirilməsini təmin etmək;
- İcra olunmuş təmir işlərinin həcmini və keyfiyyətini yoxlamaq, təhvil-təslim prosesində iştirak etmək;
- Təmir işlərinin icrası ilə bağlı podratçı və icraçı təşkilatlarla koordinasiyanı təmin etmək;
- Görülmüş təmir işləri üzrə müvafiq texniki sənədləri və hesabatları hazırlamaq;
- Təmir işləri zamanı aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- Təmir işlərinin gedişi və nəticələri barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim etmək.
Tələblər
- Ali təhsil;
- Minimum 2 il iş təcrübəsi (Tikinti-təmir işlərinin təşkili və texniki nəzarəti sahəsində iş təcrübəsinin olması arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Hava Limanları İnfrastrukturu İdarəsi/ Layihə-smeta sənədləri üzrə mühəndis
Son tarix 20 dek 2026 - Müraciət et
Təsvir
- Layihə-smeta sənədlərini texniki və smeta baxımından yoxlamaq;
- Layihələr üzrə nəzərdə tutulan iş həcmlərinin düzgünlüyünü yoxlamaq və müvafiq hesablamaları aparmaq;
- Smeta hesablamalarının, material və əmək xərclərinin düzgünlüyünü təhlil etmək;
- Layihə-smeta sənədlərinin qüvvədə olan norma, standart və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Təqdim olunan layihə-smeta sənədlərində mövcud uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün zəruri düzəlişlərin aparılmasını təmin etmək;
- Cari təmir və layihə işləri üzrə iş həcmlərinin hesablanmasında iştirak etmək;
- Layihə-smeta sənədləri üzrə müvafiq rəyləri, hesabatları və digər zəruri sənədləri hazırlamaq;
- Layihələndirmə, smeta və icra prosesləri ilə bağlı aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;
- Yerinə yetirilmiş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək;
- Vəzifə öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Layihə-smeta sahəsi üzrə müvafiq sertifikatların olması üstünlükdür;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Hava Limanlarının İnfrastrukturu İdarəsi/ Tikintiyə texniki nəzarət üzrə aparıcı mühəndis
Son tarix 20 dek 2026 Müraciət et
Təsvir
- Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki spesifikasiyalar, smeta və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət etmək;
- Tikinti prosesində istifadə olunan materialların, konstruksiyaların və avadanlıqların layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti-quraşdırma işləri zamanı aşkar edilmiş uyğunsuzluq və qüsurların aradan qaldırılmasına nəzarət etmək;
- Tikinti işlərinin icrası zamanı layihə sənədlərindən kənarlaşmaları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Layihə sənədlərinə dəyişiklik və düzəlişlərin edilməsi zərurəti yarandıqda müvafiq layihə təşkilatları ilə koordinasiyanı həyata keçirmək;
- Tikinti-quraşdırma işləri üzrə tərtib edilmiş aktları, protokolları və digər texniki sənədləri yoxlamaq;
- Forma-2, Forma-3 və digər icra sənədlərində qeyd olunan iş həcmlərinin faktiki yerinə yetirilmiş işlərə uyğunluğunu yoxlamaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Qaz avadanlıqlarının istismarı və təmiri üzrə müvafiq sertifikat tələb olunur;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














