Bu ilin 9 ayında Azərbaycan kredit ittifaqları 530 min manat xalis zərər edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına İstinadən xəbər verir.
Bu illik müqayisədə 260 min manat və ya 96% çoxdur.
Ötən ilin eyni dövründə kredit ittifaqlarının xalis zərəri 270 min manat idi.
Hesabat dövründə kredit itifaqlarının mənfəət vergisi ödəmələri 10 min manat təşkil dib. Əvvəlki ilin eyni dövründə mənfəət vergisi ödənişi olmayıb.
Bu dövrdə faiz gəlirləri 100 min manat və ya 4% azalaraq 1,4 milyon manata düşüb, faiz xərcləri isə 20 miln manat (41%) artaraq 80 min manata yüskəlib.
Xalis faiz gəlirləri 0,1 milyon manat (6%) azalaraq 1,4 milyon manata bərabər olub.
Əməliyyat mənfəəti isə 2% azalaraq 0,7 milyon manata bərabər olub.