İlk yarımildə Azərbaycan BOKT-larının balans kapitalı 374,1 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 119,6 milyon manat və ya 47% çoxdur.
BOKT-ların cəmi nizamnamə kapitalı illik müqayisədə 21,1 milyon manat və ya 11% artaraq 211,5 milyon manata yüksəlib.
Qrantlar illik müqayisədə dəyişməyib və 5,2 milyon manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi 165,8 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 109,9 milyon manat və ya 3 dəfə çoxdur.