2025-ci ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycanda Kredit İttifaqları sektoru 0,03 milyon manat xalis zərərlə fəaliyyət göstərib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sektor ötən ilin eyni dövründəki 0,72 milyon manatlıq xalis zərərə nisbətən öz maliyyə nəticəsini 0,69 milyon manat və ya 95,8% (təxminən 24 dəfə) yaxşılaşdırıb.
Sektorun mənfəət və zərər hesabatına əsasən, yarımildə 1,03 milyon manat faiz gəliri və 0,18 milyon manat qeyri-faiz gəliri əldə edilib. Bunun müqabilində isə 0,04 milyon manat faiz xərci, 0,65 milyon manat qeyri-faiz xərci və 0,54 milyon manat mümkün zərərlər üçün ehtiyatlara ayırma xərci qeydə alınıb.
İllik müqayisədə faiz gəlirləri 0,05 milyon manat (4,9%) artdığı halda, faiz xərcləri 0,03 milyon manat (42,9%) azalıb. Nəticədə xalis faiz gəliri 0,08 milyon manat (8,6%) artıb. Qeyri-faiz gəlirləri 0,01 milyon manat (5,3%) azalıb, qeyri-faiz xərcləri isə 0,05 milyon manat (8,2%) artıb. Sektorun əməliyyat mənfəəti isə 0,02 milyon manat (3,8%) yüksəlib. Ən əhəmiyyətli müsbət dəyişiklik mümkün zərərlər üçün ehtiyatlara ayırma xərclərində baş verib ki, bu xərclər 0,67 milyon manat (təxminən 2,2 dəfə) azalıb. Mənfəətdən ödənilən vergilər dəyişməz qalıb. Bütün bunların yekununda vergidənəvvəlki zərər 0,69 milyon manat (təxminən 35,6 dəfə) azalaraq 0,02 milyon manata enib.