2025-ci ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycanda Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) cəmi aktivləri 963,4 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Aktivlər son bir il ərzində 109,4 milyon manat və ya 12,8% böyüyüb.
Aktivlərin 2,0 milyon manatını nağd vəsaitlər, 51,2 milyon manatını cari hesablar, 6,5 milyon manatını banklarda yerləşdirilmiş müddətli depozitlər, 99,4 milyon manatını investisiyalar, 811,4 milyon manatını müştərilərə verilən kreditlər, 1,9 milyon manatını maliyyə institutlarına kreditlər, 29,8 milyon manatını əsas vəsaitlər, 5,0 milyon manatını qeyri-maddi aktivlər, 95,7 milyon manatını isə məqsədli ehtiyatlar çıxılmaqla digər aktivlər təşkil edib. BOKT-ların qiymətli kağızlar portfeli isə tamamilə sıfırlanıb.
İllik müqayisədə cari hesablar 17,5 milyon manat (51,8%), investisiyalar 31,9 milyon manat (47,3%), müştərilərə verilən kreditlər 129,8 milyon manat (19,0%), maliyyə institutlarına kreditlər 1,0 milyon manat ( 2,1 dəfə), əsas vəsaitlər 8,3 milyon manat (38,6%), qeyri-maddi aktivlər 2,1 milyon manat (72,4%), digər aktivlər isə 9,5 milyon manat (11,0%) artıb. Eyni dövrdə nağd vəsaitlər 0,5 milyon manat (18,8%), banklarda yerləşdirilmiş müddətli depozitlər 0,8 milyon manat (11,0%) azalıb. Qiymətli kağızlar portfeli isə 0,8 milyon manat (100%) azalmaqla olmayıb.