Bu ilin I yarısında Azərbaycan BOKT-larının öhdəlikləri 479,9 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Öhdəliklər son bir il ərzində 120,2 milyon manat və ya 33% artıb.
Öhdəliklərin 202,4 milyon manatı cəlb edilmiş vəsaitlərin payına düşüb ki, bunun da 137,1 milyon manatı bankların kreditləri, 65,3 milyon manatı isə digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklərdir.
İllik müqayisə ilə cəlb edilmiş vəsaitlər 62,2 milyon manat (44%), bankların kreditləri üzrə öhdəliklər 30,7 milyon manat (29%), digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklər isə 31,5 milyon manat (93%) artıb.
Qiymətli kağızlar üzrə öhdəliklər 9,1 milyon manat (14%) azalaraq 55,4 milyon manata, mərkəzi idarəetmə orqanlarının vəsaitləri 6,6 milyon manat (20%) azalaraq 26,2 milyon manata düşüb.
Hesabat dövründə BOKT-ların digər öhdəlikləri 73,6 milyon manat və ya 60% artaraq 195,9 milyon manata yüksəlib.