Bu ilin ilk yarısında Azərbaycan BOKT-larının cəmi aktivləri 854 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bnakına istinadən xəbər verir.
Aktivlər son bir il ərzində 239,8 milyon manat və ya 39% böyüyüb.
Aktivlərin 2,5 milyon manatını nağd vəsaitlər, 33,7 milyon manatını cari hesablar, 7,3 milyon manatını banklara yerləşdirilmiş müdətli depozitlər, 0,8 miilyon manatını qiymətli kağızlar, 67,5 milyon manatını investisiyalar, 681,6 milyon manatını kredit portfeli, 0,9 milyon manatını kreditlər maliyyə insitutlarına kreditlər, 21,5 milyon manatını əsas vəsaitlər, 2,9 milyon manatını qeyri maddi aktivlər, 86,2 milyon manatını məqsədli ehtiyatlar çıxılmaqla digər aktivlər təşkil edib.
İllik müqayisədə nağd vəsaitlər 0,9 milyon manat (56%), cari hesablar 15,6 milyon manat (86%), qiymətli kağızlar 0,7 milyon manat (8 dəfə), investisiyalar 13,3 milyon manat (25%), kredit portfeli 184,4 milyon manat (37%), əsas vısaitlər 0,3 milyon manat (1%), qeyri-maddi aktivlər 0,8 milyon manat (38%), digər aktivlər isə 25,9 milyon manatı (43%) artıb.