Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) cəmi kapitalı 564,3 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 107,9 milyon manat və ya 23,6% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə hesabatlarına istinadən xəbər verir.
Kapitalın artımında əsas rolu nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət oynayıb. Nizamnamə kapitalı bir ildə 63,1 milyon manat (26,2%) artaraq 304,4 milyon manata yüksəlib.
Bölüşdürülməmiş xalis mənfəət isə 21,5 milyon manat (9,3%) artaraq 252,6 milyon manat təşkil edib.
BOKT-ların ehtiyatlarında isə kəskin azalma müşahidə olunub. Əgər əvvəlki ilin sonunda 21,3 milyon manatlıq ehtiyatlar mövcud idisə, cari ilin sonunda bu göstərici -2,1 milyon manata enib.
Xatırladaq ki, əvvəlki ilin sonunda BOKT-ların ümumi kapitalı 456,4 milyon manat, o cümlədən nizamnamə kapitalı 241,3 milyon manat, bölüşdürülməmiş mənfəəti isə 231,1 milyon manat təşkil edirdi.










