2025-ci ildə Azərbaycanda Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) cəmi öhdəlikləri 679,3 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 142,4 milyon manat və ya 26,5% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə hesabatlarına istinadən xəbər verir.
Öhdəliklərin artımında əsas rolu digər öhdəliklər və cəlb edilmiş vəsaitlər oynayıb. Digər öhdəliklər bir ildə 112,5 milyon manat (52,4%) artaraq 327,1 milyon manata yüksəlib.
Cəlb edilmiş vəsaitlər isə 46 milyon manat (19,1%) artaraq 287 milyon manat təşkil edib. Bu artımın əsas drayveri banklardan cəlb edilən kreditlər olub ki, onların həcmi bir ildə 66,3 milyon manat (41,9%) artaraq 224,6 milyon manata çatıb. Bunun əksinə olaraq, digər maliyyə institutlarından cəlb edilən kreditlər isə 20,3 milyon manat (24,5%) azalaraq 62,4 milyon manata enib.
Xatırladaq ki, əvvəlki ilin sonunda BOKT-ların ümumi öhdəlikləri 536,9 milyon manat, o cümlədən cəlb edilmiş vəsaitləri 241 milyon manat təşkil edirdi.










