İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev ilə birlikdə “Agro-Pack Turkmenistan 2023” beynəlxalq sərgisində iştirak edib.
Azərbaycanın iri şirkəti Aşqabadda - Ofis Açmağı Planlaşdırır
FED.az xəbər verir ki, bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"İnnovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətləri, iqtisadi səmərəliliyin artırılması, resurslardan effektiv istifadə və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olduq", - deyə nazir əlavə edib.