“PAŞA Sığorta” 2026-cı ilin sentyabr ayında müştərilərinə müxtəlif sığorta hadisələri üzrə 16 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.
FED.AZ xəbər verir ki, ödənişlərin böyük hissəsi avtonəqliyyat hadisələrinin payına düşüb. Belə ki, ay ərzində minlərlə nəqliyyat hadisələrinə görə avtomobillərə dəymiş zərərlər üzrə 10 169 191 manat (sığorta ödənişi), yüzlərlə əmlak hadisələri üzrə isə 157 008 manat (sığorta ödənişi) ödənilib. Bu ödənişlər həm icbari, həm də könüllü sığorta müqavilələrini əhatə edib.
Bununla yanaşı, könüllü tibbi sığorta, səyahət sığortası, məsuliyyət sığortası və digər sığorta növləri üzrə həyata keçirilən ödənişlərin həcmi 5 milyon manatı ötüb.
Gözlənilməz hadisələr insanlara və bizneslərə əlavə maliyyə yükü yarada bilər. Belə məqamlarda sığortanın əhəmiyyəti daha aydın görünür.















