Bu il Azərbaycanda iqtisadi artımın 1,3 %, gələn il isə 2,3 % olacağı gözlənilir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bu il qeyri-neft ÜDM 2,8 % və gələn il isə 4,3 % olacağı proqnozlaşdırılır:
"9 ayda iqtisadi artım 1,5 % olub. Sentyabrın sonuna olan rəqəmlərə əsasən, qeyri-neft ÜDM-in artımı isə 2,6 % təşkil edib. Qeyri-neft ÜDM-in artımına əsas töhfə verən sahələr sırasında turizm, ticarət, rabitə və digər sektorlar yer alır. Bizim proqnozlarımız nikbindir. Xüsusilə bu il üçün proqnozlar yuxarı doğru reviziya olunub".














