"Bu il 1 barel neftin orta qiymətinin 92,8 dollar olacağı proqnozlaşdırılır".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Sədr qeyd edib ki, 2027-ci ildə isə 1 barel neftin orta qiymətinin 82,8 dollar olacağı proqnozlaşdırılır.













