SOCAR Türkmənistanda ofis açmağı planlaşdırır.
"Fitch" SOCAR-ın reytinqini BB+ səviyyəsində - TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, bunu şirkətin prezidenti Rövşən Nəcəf bu gün “Türkmənistanın nefti və qazı – 2023” beynəlxalq konfransında çıxışı zamanı deyib.
“Artıq uzun illərdir ki, SOCAR Türkmənistan şirkətləri, xüsusilə də əsas tərəfdaşlarımız olan “Türkmənqaz” və “Türkmənneft”lə qarşılıqlı faydalı işgüzar münasibətlər saxlayır və inkişaf etdirir. Türkmənistanlı həmkarlarımızın dəstəyi və konstruktiv yanaşması sayəsində biz mühüm layihələr həyata keçirməyə, eləcə də birgə fəaliyyətlə bağlı gələcək addımları müəyyənləşdirməyə nail olmuşuq”, - deyə Nəcəf bildirib.
O, həmçinin qeyd edib ki, Aşqabadda SOCAR-ın ofisinin açılması şirkətə mövcud layihələrin müsbət inkişafına və türkmənistanlı tərəfdaşlarla yeni birgə layihələrin yaradılmasına daha çox təsir göstərməyə imkan verəcək.
Bu gün SOCAR Türkmənistanda bir sıra layihələrin həyata keçirilməsində, o cümlədən “Dostluq” yatağının işlənməsində, Türkmənistan neftinin Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara nəqlində iştirak edir. (İnterfaks-Azərbaycan)