Azərbaycanda yerli ödəniş alətinin hazırlanması istiqamətində işlər aparılır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, hazırda yeni ödəniş alətinin sınaqları həyata keçirilir. Kazımov bildirib ki, sınaqlar uğurlu nəticələnərsə, 2027-ci ildən token əsaslı ödənişlərin Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilməsi mümkün olacaq.
Bu təşəbbüs ölkədə yerli ödəniş infrastrukturunun inkişaf etdirilməsinə yönəlib.













