Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, mövcud ehtiyatlar 40 ay ərzində ölkənin mal və xidmət idxalının maliyyələşdirilməsi üçün yetərlidir:
"Beynəlxalq təcrübəyə əsasən, bu göstəricinin norması 3 ay təşkil etməlidir. Azərbaycanda isə bu rəqəm 40 aya bərabərdir ki, bu da olduqca böyük maliyyə yastığıdır".













