“Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” (VÖEN: 2300336431) Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC (VÖEN: 2300214521) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 4 milyon 809 min 939 manat olub.
Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2” ASC 2002-ci ildə yaradılıb. Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur. Şirkət Bakı şəhəri, Nərmianov rayonu, Əhmədbəy Ağa oğlu, ev.10A hüquqi ünvanında yerləşir.














