Azərbaycanda istehlak kreditlərinin artımında risk görünmür.
Mikro sahibkarlığa kreditlər 530 milyon artıb – BİZNES KREDİTLƏRİNİN BÖLGÜSÜ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, kreditləşmə, iqtisadi artım və potensial risklərə gəlincə, bank sektorunun iqtisadiyyatın inkişafında daha böyük rol oynamasını istərdik: "Bu, həm kreditləşmə, həm də kapital bazarlarında iştirak vasitəsilə mümkündür. Xüsusilə kreditləşmədən danışarkən, əsasən biznes kreditlərini, o cümlədən kiçik və orta sahibkarlığın, eləcə də mikrosahibkarlığın maliyyələşdirilməsini nəzərdə tuturam".
O qeyd edib ki, hazırkı vəziyyətdə həm biznes, həm də istehlak kreditlərinin artımını nəzərə alsaq, iqtisadiyyatda hər hansı risklərin yarandığını düşünmürük: "Kredit portfelində cüzi artım müşahidə olunsa da, bu, sistemli xarakter daşımır və ayrı-ayrı borcalanların hesabına baş verən artımdır. İstərdik ki, kreditləşmə daha aktiv olsun. Bu baxımdan, düşünürük ki, tənzimləmənin formalaşdırılması daha məqsədəuyğundur".















