Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Səfirliyin əməkdaşları, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Mürsəl Rüstəmov, İdarə heyətinin sədr müavini Rəna Məmmədova və Birliyin üzvləri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan və Türkiyənin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Daha sonra şəhid məzarları, “Türk şəhidliyi” və “Əbədi məşəl” abidələri önünə gül dəstələri qoyulub.






![ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/848082.jpeg)
![ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1443553.jpeg)
![ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1680345.jpeg)
![ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3681245.jpeg)
![ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3344085.jpeg)








