Bu ilin ilk 9 ayında əhalinin xalis dollar satışı 759 milyon olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 481 milyon dollar və ya 2,7 dəfə daha çoxdur:
"Ötən ilin yanvar-sentyabr aylarında əhalinin xalis dollar alışının həcmi 278 milyon idi".













