Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycanda bazar payı sıfır faizə yaxındır: “Artıq illər boyu sanksiyalar altındadır və Azərbaycanla öz fəaliyyətini davam edir və hər hansısa yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur. O, Azərbaycan Mərkəzi Bankın tələblərinə riayət edir. İndiki halda ölkənin hər hansı bir tədbir görülməsini biz nəzərdə tutmuruq. Bank artıq uzun müddətdir ki, Azərbaycanın bazarında fəaliyyət göstərir və qaydaları başa düşür. Yəni biz hər hansı bir problemlərlə qarşılaşmırıq”.















