Azərbaycan Mərkəzi Bankı "Visa" və "MasterCard"la tariflərin aşağı salınması ilə bağlı danışıqlar aparır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Sədrin sözlərinə görə, Azərbaycan banklarının xərclərinin artmasının əsas səbəbi bu təşkilatların daha yüksək tariflər tətbiq etməsidir.













