Azərbaycan hava yükdaşımaları şirkəti "Silk Vey Vest Aviaşirkəti" MMC 2024-cü ilin birinci yarısı üzrə maliyyə vəziyyəni açıqlayıb.
FED.az şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında "Silk Vey Vest Aviaşirkəti"nin gəlirləri 1 milyard 136 milyon 410 min manat, əməliyyat xərcləri 987 milyon 32 min manat və nəticədə əməliyyat mənfəəti 154 milyon 901 min manat təşkil edib.
İllik müqayisədə gəlirlər 320 milyon 39 min manat (39,2%), xərclər 199 milyon 266 min manat (25,3%), əməliyyat mənfəəti isə 119 milyon 272 min manat (4,3 dəfə) artıb.
Aviaşirkət ilin ilk yarısını 15 milyon 706 min manat mənfəət vergisi ödənişindən sonra 77 milyon 911 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin birinci yarısını 10 milyon 85 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Silk Vey Vest Aviaşirkəti"nin xalis mənfəəti 67 milyon 286 min manat, başqa sözlə 7,7 dəfə artıb.
"Silk Vey Vest Aviaşirkəti" bu ilin ilk yarısında 3 milyard 242 milyon 11 min manat cəmi aktivlərə malik olub. ktivlər 2023-cü ilin I yarsı ilə müqayisədə 629 milyon 174 min manat və ya 24% artıb.
Öhdəliklər 423 milyon 618 min manat, başqa sözlə 36,3% artaraq 1 milyard 591 milyon 863 min manata, balans kapitalı isə 205 milyon 556 min manat artaraq 14,2% artaraq 1 milyard 650 milyon 148 min manat çatıb.
Bölüşdürülməmiş mənfəətinin həcmi isə 1 milyard 180 milyon 432 min manata bərabər olub ki, bu da son bir ildə 17,2% artım deməkdir.