Gəmilər ilə yüklərin daşınması xidmətləri göstərən “Səmayə Co Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, əsas fəaliyyət gəlirləri 10 milyon 924 min manat olub. Bu 2022-ci ilə nisbətən 2 milyon 136 manat 24,3% çoxdur.
Xidmətlərin və materialların dəyəri üzrə xərcləri son bir ildə 3 milyon 301 min manat 2,2 dəfə azalaraq 2 milyon 696 manata düşüb.
Əmək haqqı xərcləri isə 132 min manat, başqa sözlə, 18,3% artaraq 853,1 min manata yüksəlib.
Bu dövrdə sosial fondların təminatına ayırmalar 157,2 min manat, köhnəlmə və amortizasiya xərcləri 492,3 min manat, cəmi xərclər 4 milyon 199 min manata bərabər olub. İllik müqayisədə sosial fondların təminatına ayırmalar 38,2 min manat (32,1%), köhnəlmə və amortizasiya xərcləri 146,1 min manat (42,2%) artıb, cəmi xərclər 2 milyon 984 min manat və ya 42% azalıb.
Ümumi mənfəət isə 5 milyon 119 min manat və ya 4,2 dəfə artaraq 6 milyon 725 min manata çatıb.
Hesabat dövründə MMC-nin sair əməliyyat gəlirləri 3 milyon 967 min manat və ya 2,8 dəfə azalaraq 2 milyon 245 min manata düşüb, xərcləri 359 min manat və ya 5% artaraq 7 milyon 857 min manata, əməliyyat mənfəəti isə 793 min manat və ya 3,5 dəfə artaraq 1 milyon 113 min manata yüksəlib.
Şirkət bu dövrdə 131,5 min manat mənfəət vergisi ödəyib. Ötən ili isə ümumilikdə 525,9 min manat xalis mənfəətlə başa vurub ki, bu da illik 274,1 min manat və ya 2,1 dəfə çoxdur.
“Səmayə Co Ltd” ötən il 5 milyon 114 min manat cəmi aktivlərə malik olub. Aktivlə son bir ildə 2 milyon 502 min manat və ya 95,8% artıb.
Öhdəliklər 2 milyon 128 min manat və ya 3,3 dəfə artaraq 3 milyon 60 min manata, balans kapitalı isə 374 min manat və ya 22% artaraq 2 milyon 54 min manata yüksəlib.