"Sumqayıt Futbol Klubu" 2024-cü ilin maliyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, futbol klubu ötən ili 85,6 min manat mənfəətlə bitirib. Xatırladaq ki, 2023-cü ili əliboş başa vurmuşdu.
Hesabata əsasən, ötən il "Sumqayıt"ın cəmi əməliyyat gəliləri 9 milyon 179 min manat olub ki, onun da 3 milyon 917 min manatı sponsor və reklamlardan gələn gəlirlərin, 5 milyon 261 min manatı isə sair gəlrilərin hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat gəliləri 2 milyon 997 min manat (48,5%) , sponsor və reklamlardan gələn gəlirlər 1 milyon 717 min manat (78%), sair gəlirlər 1 milyon 279 min manat (32,1%) artıb.
Cəmi əməliyyat xərcləri 2 milyon 723 min manat (42,9% ) artımla 9 milyon 72 min manata yüksəlib.
Klub 21,7 min manat gəlir vergisi ödənişindən sonra 2024-cü ili 85,6 min manatla yekunlaşdırıb.
"Sumqayıt Futbol Klubu" ötən il 493 min manat cəmi aktivlərə və 407,4 min manat cmi öhdəliklərə malik olub.
2023-cü ilə nisbətədə aktivlər 23,5 min manat (4,5%), öhdəliklər isə 109,1 min manat (21,1%) azalıb.