"Neftçi Peşəkar Futbol Klubu" MMC 2024-cü il üzrə maliyyə hesabatını açqılayıb.
FED.az klubun yeni açıqlanan hesabatına istinadən xəbər verir ki, ötən il yenə zərər edib,lakin illi müqayisədə zərəri dəfələrlə azalıb, il ərzində sponsorların dəstəyi - daha çox vəsait ayırması da klubun mənfəətə çıxmasına kömək etməyib.
Hesabata əsasən, ötən il "Neftçi"nin cəmi əməliyyat gəliləri 20 milyon 250 min manat olub ki, onun da 3 milyon 384 sponsor və reklamlardan gələn gəlirlərin, 99 min manatı bilet satışının, 22 milyon 456 min manatı sair gəlirlərin, 2 milyon 310 min manatı isə Futbolun İnkişafı Fondundan daxilolmaların hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat gəliləri 8 milyon 209 min manat (41%) artıb, sponsor və reklamlardan gələn gəlirlər 13 milyon 440 min manat (5 dəfə), bilet satışından gəlirlər 32 min manat (24%) azalıb, sair gəlirlər 21 milyon 935 min manat (43,1 dəfə) azalıb, Futbolun İnkişafı Fondundan daxilolmalar 255 min manat (9,9%) artıb.
28 milyon 197 min manat cəmi əməliyyat xərcinin 20 milyon 264 min manatı əmək haqqı və mükafat, 403 min manatı əsas vəsaitlərin amortizasiyası, 967 min manatı 818 qeyri-maddi aktivlərin köhnəlməsi, 85 min manatı agentlərə (vasitəçilər) ödənilmiş məbləğlər, 6 milyon 394 min manat sair xərclər hesabına formalaşıb.
İllik müqayisədə cəmi əməliyyat xərcləri 4 milyon 678 min manat (20%), əmək haqqı və mükafat xərcləri 4 milyon 297 min manat (65%) , əsas vəsaitlərin amortizasiyası 31 min manat (8%) qeyri-maddi aktivlərin köhnəlməsi 967 min manat (1164,6 dəfə), artıb agentlərə (vasitəçilər) ödənilmiş məbləğlər 240 min manat (3,8 dəfə) sair xərclər 401min manat (5,9%) azalıb.
Nəticədə "Neftçi" futbol klubu ötən ili 120 min manat zərərlə bitirib. Xatırlaaq ki, 2023-ci ildə klubun zərəri isə cəmi 3 milyon 516 min manat idi. Beləliklə, son bir ildə klubun zərəri 3 milyon 396 min manat, başqa sözlə 29,3 dəfə artıb.
"Neftçi Peşəkar Futbol Klubu" ötən il 18 milyon 818 min manat cəmi aktivlərə və öhdəliklərə malik olub. Klubun aktivləri vəöhdəlikləri son bir il ərzində 5 milyon 87 min manat (37%) böyüyüb.
Xalis kapital göstəriciləri120 min manat (1,6%) azalaraq 7 milyon 5 75 min manata düşüb.
Klubun gələcək hesabat dövrünün xərcləri üzrə ehtiyatları 5 milyon 561 min manat, maliyyə öhdəlikləri 4 milyon 862 min manat, oyunçuların transferi üzrə kreditor borcları 700 min manat təşkil edib.
Son bir ildə klubun gələcək hesabat dövrünün xərcləri üzrə ehtiyatları 3 milyon 465 min manat (2,7 dəfə), maliyyə öhdəlikləri 1 milyon 8148 min manat (30,9%), oyunçuların transferi üzrə kreditor borcları 569 min manat (5,3 dəfə) artıb.