"Retems Group" MMC 2024-cü ilin yekunlarına dair mənfəət və ya zərər və digər məcmu gəlir hesabatını açıqlayıb. Hesabat şirkətin maliyyə nəticələrində əhəmiyyətli dəyişiklikləri əks etdirir.
Şirkətin cəmi satış gəlirləri 2024-cü ildə 16 milyon 247 min manat təşkil edib. Bu, 2023-cü ilin 34 milyon 153 min manatlıq göstəricisi ilə müqayisədə 17 milyon 906 min manat (2,1 dəfə) azalmadır.
Cəmi əməliyyat xərcləri isə 15 milyon 387 min manat olub. İllik müqayisədə 15 milyon 991 min manat (51%) azalma qeydə alınıb.
Vergidən əvvəlki mənfəət 642 min manat təşkil edib ki, bu da 2023-cü ilin 2 milyon 601 min manatlıq göstəricisindən 1 milyon 959 min manat (4,1 dəfə) azalma deməkdir.
Mənfəət vergisi 404 min manat (3,6 dəfə) azalaraq 154 min manat təşkil edib.
Şirkətlər qrupu 2024-cü ili 488 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki, 2023-cü ilin 2 milyon 43 min manatlıq xalis mənfəətlə başa vurmuşdu. Bu da illik 1 milyon 555 min manat (4,2 dəfə) azalmanın baş verməsi deməkdir.
"Retems Group" 2024-cü il üzrə 12 milyon 566 min manat cəmi aktivlərə malik olub. Bu, 2023-cü ilə müqayisədə 1 milyon 263 min manat (11,2%) artımdır.
Pul və pul ekvivalentləri 449 min manat (15,9%) artaraq 3 milyon 280 min manata yüksəlib.
Debitor borcları 6 milyon 196 min manat təşkil edib, il ərzində 1 milyon 562 min manat (33,7%) artıb.
Verilmiş avanslar 497 min manata bərabər olub, nəticədə 348 min manat (3,3 dəfə) 3,3 dəfə artım baş verib.
Digər aktivlər 607 min manat təşkil edib. Bu aktivlər son bir il ərzində 20 min manat (3,4%) böyüyüb.
Torpaq, tikili və avadanlıqlar 2 milyon 535 min manata enib, illik 82 min manat (3,1%) azalma qeydə alınıb.
Hesabat ilində "Retems Group" MMC-nin cəmi kapitalı 5 milyon 257 min manat təşkil edib. Ötən illə müqayisədə 141 min manat (2,1%) azalma baş verib
Nizamnamə kapitalı 450 min manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 4 milyon 767 min manat təşkil edib ki, bu da 2023-cü ilin 6 milyon 168 min manatlıq göstəricisindən 1 milyon 401 min manat (22,7%) azdır.
Cəmi öhdəliklər 6 milyon 349 min manata enib. Son bir ildə 3 milyon 495 min manat (35,5%) azalmadır.
Amortizasiya 4 milyon 233 min manata bərabər olub ki, nəticədə illik 2 milyon 26 min manat (91,7%) artım qeydə alını.
Kreditor borcları 2 milyon 116 min manat təşkil edib. Bu da 382 min manat (15,3%) azalma deməkdir.











