“Azəristiliktəchizat” ASC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat şirkətin aktivlərinin və borclarının artdığını, lakin yığılmış zərərin böyüməsi səbəbindən kapitalının azaldığını göstərib.
Şirkətin cəmi aktivləri 2024-cü il üzrə 149,4 milyon manat təşkil edib. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 2,5 milyon manat (1,7%) artımdır.
Cəmi uzunmüddətli aktivlər 129,1 milyon manat təşkil edərək 1,9 milyon manat (1,5%) azalıb.
Cəmi qısamüddətli aktivlər isə 20,3 milyon manata yüksəlib. Bu, illik 4,4 milyon manat (28%) artımdır.
Bundan pul vəsaitləri 7,5 milyon manata bərabər olub, il ərzində 3,3 milyon manat (80%) artım baş verib.
Mal-material ehtiyatları 1 milyon manat (25,8%) artımla 5,1 milyon manata çatıb..
Ticarət və digər debitor borcları 3,2 milyon manat təşkil edərək 179 min manat (5,9%) artıb.
Digər aktivlər isə 134,1 min manat (2,9%) azalaraq 4,5 milyon manata düşüb.
Hesabat ilində "Azəristiliktəchizat"ın cəmi öhdəlikləri 84,2 milyon manata bərabər olub. Bu da illik 6 milyon manat (7,7%) artıma bərabərdir.
Uzunmüddətli borc öhdəlikləri 4,5 milyon manat (22,5%) azalaraq 15,5 milyon manata düşüb.
Qısamüddətli öhdəliklər isə 10,5 milyon manat (18,0%) artaraq 68,7 milyon manata yüksəlib.
Ticarət və digər kreditor borcları 40,4 milyon manata bərabər olub. İl ərzində 5,8 milyon manat (16,7%) artım qeydə alınıb.
Qısamüddətli borc öhdəlikləri isə 28,2 milyon manata bərabər olub. Bu da son bir il ərzində 4,7 milyon manat (19,9%) artım deməkdir..
Cəmi kapital 65,2 milyon manata enib. Bu isə son bir ildə 3,5 milyon manat (5%) azalmadır.
Bu azalmanın əsas səbəbi, yığılmış zərərin 126,2 milyon manatdan 133 milyon manata yüksəlməsidir ki, bu da zərərin 6,8 milyon manat artması deməkdir.
Müsbət hal kimi, dövlət tərəfindən kapital qoyuluşu 61,5 milyon manata yüksələrək 3,3 milyon manat (5,7%) artıb.
Nizamnamə kapitalı isə 136,7 milyon manat səviyyəsində dəyişməz qalıb.













