"Nadir Quliyev adına Bakı Taxıl" ASC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, ASC-nin satışdan gəlirləri 12 milyon 191 min manata bərabər olub.
Satışdan gəlirlər illik müqayisədə 9 milyon 992 min manat (45%) azalıb.
Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər 248,1 min manat, istifadə edilmiş material ehtiyatlarının dəyəri 9 milyon 445 min manat, işçi heyəti üzrə xərcləri 663,5 min manat, sair əməliyyat xərcləri 1 milyon 585 min manat, əməliyyat zərəri 149,4 min manat, maliyyə mənfəəti 304,9 min manat, mənfəət vergisi xərci 81 min manata bərabər olub.
İstifadə edilmiş material ehtiyatlarının dəyəri 9 milyon 185 min manat (49,3%) azalıb, işçi heyəti üzrə xərcləri 99,7 min manat (17,7%) artıb, sair əməliyyat xərcləri 1 milyon 264 min manat (44,4%), əməliyyat zərəri 72,3 min manat (32,6%), maliyyə mənfəəti 847,1 min manat (3,8 dəfə), mənfəət vergisi xərci 197,7 min manat (3,4 dəfə) azalıb.
Zavod ötən ili 323,8 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə isə 1 milyon 115 min manat xalis mənfəətlə başa vurmuşdu. Bu da illik müqayisədə 791,2 min manat (3,4 dəfə) azdır.
"Nadir Quliyev adına Bakı Taxıl" ASC ötən il 16 milyon 601 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 872 min manat və ya 5% azalıb.
Öhdəliklər 518 min manat və ya 6,5% azalaraq 7 milyon 478 min manata düşüb.
Balans kapitalında isə 353 min manat, başqa sözlə 3,7% azalma baş verib və 9 milyon 124 min manat təşkil edib.