Azərbaycanda sərnişinləri vertolyotlar vasitəsi ilə daşıyan şirkət “ASG Helicopter Services” MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, aviaşirkətin 2022-ci il üzrə ümumi gəliri 88 milyon 114 min. manat olub. Bu 2021-ci illə müqayisədə 4 milyon 318 min manat və ya 5,2% çoxdur.
Şirkətin əməliyyat mənfəəti isə 19 milyon 604 min manat təşkil edib ki, bu da əvvəlki ilə müqayisədə 7 milyon 150 manat və ya 26,7% azdır.
Hesabat dövrdən şirkət işçilərinə 16 milyon 982 min manat olub ki, bu da illik fərqlə 3 milyon 794 min manat (28,8%) çoxdur.
“ASG Helicopter Services” 2022-ci ili ümumilikdə 9 milyon 883 min manat xalis mənfəət əldə edərək başa vurub. 2021-ci il üzrə isə xalis mənfəət 20 milyon 43 min manat idi. Xalis mənfəət son bir ildə 2 dəfədən çox aşağı düşüb.
“ASG Helicopter Services”-in 2022-ci ildə aktivləri 272 milyon 242 min manat olub. Akitvlərdə bir il ərzində 40 milyon 96 min manat (17,2%) artım baş verib.
Öhdəliklərdə isə 6 milyon 421 min manat (4,5%) azalma baş verib və 137 milyon 182 min manata düşüb.
Şirkətin kapitalı 135 milyon 560 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 9 milyon 883 min manat və ya 7,9% artım deməkdir.
Nizamnamə kapitalında dəyişiklik olmayıb və 34 milyon 310 min manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 9 milyon 883 min manat və ya 10,8% artaraq 101 milyon 250 min manata yüksəlib.