Lombard fəaliyyətilə məşğul olan "Express Lombard" MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il lombard şirkətinin cəmi gəlirləri 520,4 min manat, cəmi xərcləri isə 384 min manat təşkil edib.
Lombard şirkətinin kommersiya və cəmi əməliyyat xərcləri 350,7 min manat, əməliyyat mənfəəti 169,7 min manat, işçi heyəti xərcləri 114,6 min manat, sair əməliyyat xərcləri 235,8 min manat təşkil edib.
Ötən ilin sonuna "Express Lombard" MMC 221,9 min manat cəmi aktivlərə malik olub. Təşkilat 2022-ci ilin sonunda 80,8 min manat cəmi aktivlərə malik idi. Aktivlər son bir il ərzində 141,1 min manat və ya 2,7 dəfə artıb.
Öhdəliklər son bir il ərzində 1,3 min manat və ya 1,6% artaraq 82,1 min manata yüksəlib.
Balans kapitalı isə kəskin artaraq cəmi 10 manatdan 139,8 min manata yüksəklib.