Texnologiya avadanlıqlarının satışını və texniki servis xidmətini də təqdim edən və elektrik və məlumat, yanğın müqaviməti və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının satışı, quraşdırılması və servisi ilə məşğul olan "Estet" MMC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən il 12 milyon 983 min manat əməliyyat gəliri əldə edib. Bu da illik müqayisə ilə 3 milyon 58 min manat və ya (19%) azdır.
Xidmətlərin maya dəyəri isə 5 milyon 302 min manata bərabər olub ki, bu da son bir ildə 4 milyon 285 min manat və ya 45% azalma deməkdir.
Buna baxmayaraq şirkətin ümumi mənfəəti 1 milyon 492 min manat və ya 23% artaraq 7 milyo 969 min manata yüksəlib.
Hesabat ilində inzibati xərclər 2 milyon 784 min manat (76%) artaraq 6 milyon 451 min manata çatıb.
Maliyyə xərcləri 90,9 min manata bərabər olub ki, bu da illik müqayisə ilə 79,4 min manat (7,9 dəfə) çoxdur.
284,4 min manatlıq mənfəət vergisi ödənişindən sonra "Estet" MMC 2023-cü ili 1 milyon 137 min manat xalis mənfəətlə başa vurub.
Mənfəət vergisi ödəmələri 275,2 min manat (49%), xalis mənfəət isə 1 milyon 101 min manat (49%) aşağı düşüb.
"Estet" MMC ötən il 7 milyon 526 min manat cəmi aktivlərə malik olub. Akitvlər son bir il ərzində min manata yaxın azalıb.
Öhdəliklər isə 1 milyon 5 min manat və ya (40%) azalaraq 1 milyon 508 min manata düşüb.
Balans kapitalında illik müqayisədə 1 milyon 3 min manat (20%0 artım baş verib və 6 milyon 18 min manata yüksəlib.