Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk yarısında əmək haqqına çəkdikləri xərclər açıqlanıb.
“Bank Avrasiya” Azərbaycanda əmək haqqına - Ən az pul xərcləyən bankdır
Əmək haqqı xərclərinin həcminə görə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az bankların 30 iyun 2026-cı il tarixinə əmək haqqı xərclərinin həcminə görə renkinqini təqdim edib.
Renkinqdən məlum olur ki, əmək haqqı xərclərinə görə banklar arasında böyük fərq var. İki bankda bu göstərici 100 milyon manatı, beş bankda isə 40 milyon manatı keçir.
“Kapital Bank” əmək haqqına 154,7 milyon manat xərcləyib
Siyahıya “Kapital Bank” başçılıq edir. Bankın 2026-cı ilin ilk yarısında əmək haqqı xərcləri 154 milyon 741 min manat təşkil edib.
İkinci yerdə Azərbaycan Beynəlxalq Bankı (ABB) qərarlaşıb – 122 milyon 949 min manat. Beləliklə, ilk iki bankın birlikdə əmək haqqı xərcləri 277 milyon 690 min manata çatıb.
Üçüncü yerdə 70 milyon 970 min manatla “Bank Respublika”, dördüncü yerdə 56 milyon 708 min manatla “Paşa Bank”, beşinci yerdə isə 42 milyon 503 min manatla “Unibank” qərarlaşıb.
İlk beş bank əmək haqqına 448 milyon manat xərcləyib
FED.az-ın hesablamasına görə, renkinqdə ilk beş yeri tutan bankların əmək haqqı xərclərinin ümumi həcmi 447 milyon 871 min manat təşkil edib.
Sonrakı yerlərdə “XalqBank” – 30 milyon 660 min manat, “AccessBank” – 29 milyon 87 min manat, “Yelo Bank” – 22 milyon 844 min manat, “Bank of Baku” – 22 milyon 272 min manat və “Rabitəbank” – 20 milyon 785 min manatla qərarlaşıb. Beləliklə, 10 bankın əmək haqqı xərcləri 20 milyon manatdan çoxdur.
Daha 4 bankda əmək haqqı xərcləri 10-20 milyon manat arasında dəyişir.
Belə ki, «Azər-Türk Bank»da bu xərclər 16 milyon 665 min manat, «Turan Bank»da 12 milyon 672 min manat, «Expressbank»da 12 milyon 567 min manat, «VTB Bank Azərbaycan»da isə 10 milyon 110 min manqat təşkil edir.
3 bankda isə əmək haqqına çəkilən xərclər 7-10 milyon manatdır. Bunlar «Yapı Kredi Azərbaycan» - 9 milyon 978 min manat, «AFB Bank» - 8 milyon 495 min manat və «Ziraat Bank» - 7 milyon 494 min manatdır.













