"Bakı Neft Maşınqayırma Zavodu"nun 2023-cü il üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, zavodun əsas əməliyyat gəlirləri ötən il 5 milyon 547 min manata bərabər olub, staışın maya dəyəri isə 4 milyon 429 min manat təşkil edib.
Nəticədə, ümumi mənfəət 1 milyon 118 min manata bərabər olub.
Son bir il ərzində əməliyyat gəlirləri 1 milyon 379 min manat (33,1%), satışın maya dəyəri 1 milyon 314 min manat (42,2%), ümumi mənfəətin həcmi isə 65 min manat (6,2%) artıb.
Son bir ildə digər əməlliyyat gəlirlərində 295,4 min manat və ya 2,4 dəfə artım baş verib və 511,8 min manata yüksəlib.
İllik müqayisə ilə zavodun inzibati xərcləri 212,7 min manat və ya 39,2% artaraq 511,8 min manata, digər xərcləri 9 min manat və ya 6% azalaraq 133,1 min manata, maliyyə xərcləri isə 9,4 min manat və ya 18,8% azalaraq 40,7 min manata, mənfəət vergisi ödənişi isə 33,3 min manat və ya (31,2%) artaraq 140,1 min manata bərabər olub.
"Bakı Neft Maşınqayırma Zavodu" ötən ili 560,3 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 133 min manat və ya 31% artım deməkdir.
"Bakı Neft Maşınqayırma Zavodu" ötən il 17 milyon 953 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 115 min manat və ya 0,6% azalıb.
Öhdəliklər 29 min manat (2,8%) artaraq 1 milyon 73 min manata yüksəlib, balans kapitalı isə 145 min manat (0,9%) azalaraq 16 milyon 879 min manata düşüb.
Zavodun yığılmış zərəri 2 milyon 932 min manata bərabər olub ki, bu da son bir il ərzində 144 min manat və ya 5,2% çoxdur.