Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC növbəti ili zərrələ başa vurub.
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
İllik göstəricilərə əsasən şirkətin gəlirlərində artım müşahidə edilməkdədir.
Belə ki, QSC ötən il 15,2 milyon manat əsas əməliyyatlardan, 11,8 milyon manat qeyri-birja əməliyyatlarından, 305,7 milyon manat sair, 27,3 milyon manat isə cəmi gəlir əldə edib. İllik müqayisədə əsas əməliyyat gəlirləri 5,6 milyon manat (58,3%) artıb, qeyri birja əməliyyatlarından gəlirlər 0,3 milyon manat (2,5%), sair gəlirlər 478,2 min manat (2,6 dəfə) azalıb. Ümumilikdə isə cəmi gəlirlərdə 4,9 milyon manat (21,9%) artım baş verib.
Satışın maya dəyəri isə 6,4 milyon manat və ya 53,3% artaraq 18,4 milyon manata yüksəlib.
Bundan turizm şirkətinin ümumi mənfəəti 8,9 milyon manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 1,5 milyon manat və ya 14% azdır.
Hesabat dövründə "Şahdağ Turizm Mərkəzinin ümumi və inzibati xərcləri 13,3 milyon manat, maliyyə xərcləri 63,6 min manat, gəlirdən çıxılan vergiləri 2,3 milyon manata yaxın, cəmi xərclər isə 34 milyon manata bərabər olub.
İllik müqayisədə ümumi və inzibati xərclər 3 milyon manat (18,4%) , maliyyə xərcləri 89,7 min manat (2,4 dəfə), gəlirdən çıxılan vergiləri 0,3 milyon manat (11%) azalıb, cəmi xərclər isə 14,9 milyon manat (78%) artıb.
Gəlirlərdə artımın, xərclərdə azalmanın fonunda şirkət illik zərərini 2 milyon manat və ya 23% azaldaraq 6,7 milyon manata endirib.
"Şahdağ Turizm Mərkəzi" ötən il 214,2 milyon manat cəmi aktivlərə, 533.8 min manat cəmi öhdəliklərə 213,6 milyon manat balans kapitalına malik olub. Son bir ildə cəmi aktivlər 88 min manat (29,1%), öhdəliklər 1 milyon 340 min manat (3,5 dəfə), balans kapitalı 86,7 milyon manat (28,9%) azalıb.
Yığılmış zərərin həcmi isə son bir ildə 6,7 milyon manat və ya 6,9% artaraq 103,9 milyon manata yüksəlib.