"Azərpambıq ASK" MMC 2023-cü ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 64,1 milyon manat olub. Gəlirlər son bir ildə 56,3 milyon manat başqa sözlə 46,8% azalıb.
Satşın maya dəyəri isə 65 milyon manat olub ki, bu da illik müqayisədə 16,4 milyon manat, yəni, 20,1% azdır.
Bununla belə şirkət ötən il 39 milyon manat ümumi mənfəət əldə etməsinə baxmayaraq 856,8 min manat ümumi zərər edib.
Şirkətin ümumi inzibati xərcləri 8,9 milyon manata bərabər olub ki, bu da illik 1 milyon manat (12,7%) artıb.
"Azərpambıq ASK" 2023-cü ili ili təxminən 8,4 milyon manat xalis zərərlə başa vurub. Halbu ki, 2022-ci ili 26,7 milyon manat xais mənfəət əldə etmişdi.
Ötən il yanvarın 1-nə "Azərpambıq ASK"ın aktivləri 242,7 milyon manat olub ki, bu da illik müqayisədə 14,6 milyon manat və ya 6,4% çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 23,9 milyon manat və ya 52,2% artaraq 69,7 milyon manata düşüb.
Balans kapitalı 172,9 milyon manata bərabər olub ki, bu da illik fərqlə 9,4 milyon manat və ya 5,2% azdır.
Bölüşdürülməmiş mənfəətin həcmi 39,2 milyon manat təşkil edib. Mənfəətin həcmi son bir ildə 9,7 milyon manat başqa sözlə 19,8% artıb.